Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını qeyd edib.
H.Hüseynova görkəmli alim Aida xanım İmanquliyevanın mənalı həyat yolundan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını diqqətə çatdırıb.
Professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü