Gennadi Züqanov Bakıda orta məktəbdə olub

Gennadi Züqanov Bakıda orta məktəbdə olub Qonaq şagirdlərin rus dilində yüksək bilik səviyyələrini təqdir edib
Elm və təhsil
11 Fevral , 2015 12:15
Gennadi Züqanov Bakıda orta məktəbdə olub

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə olub.

"Report" xəbər verir ki, G.Züqanov təhsil müəssisəsinin Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər və sənədlərlə tanış olub. G.Züqanov məktəbin yüksək səviyyədə olmasını, burada çalışan pedaqoji kollektiv və şagirdlərlə söhbətindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Rusiyalı qonaq xüsusilə şagirdlərin rus dilində yüksək bilik səviyyələrini təqdir edib.

G.Züqanovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri V sinif şagirdləri ilə söhbət edib, tədris vəsaitləri ilə maraqlanıblar. Sonra qonaqlar A.S.Puşkinin yaradıcılığına həsr edilmiş uşaq şəhərciyinə dəvət edilib. RF KP fraksiyasının sədri böyük şairin yaradıcılığına olan sevgiyə görə şagirdlərə və onların valideynlərinə təşəkkürünü bildirib, müəllimələrinə isə qələm hədiyyə edib. G.Züqanov məktəbin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, tədris müəssisəsinə xatirə hədiyyələri təqdim edib.

Son xəbərlər

Orphus sistemi