“Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək

“Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək Kitab Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilib
Elm və təhsil
31 Oktyabr , 2017 00:51
“Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilən, Dr., dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” şəxsi inkişaf kitabının Azərbaycan Universiteti, YARAT Friends, Azərbaycan Dəmir Yolları Qapalı Səmdar Cəmiyyəti və ASAN Könüllüləri təşkilatının təşkilati dəstəyi ilə geniş ictimaiyyət üçün imza günü keçiriləcək.

“Report”un məlumatına görə, “Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə təqaüd proqramına yönəldiləcək.

İmza günü, noyabrın 4-də 2 saylı “ASAN Kommunal” mərkəzində, Bakı Dəmir yol vağzalının 2-ci mərtəbəsində saat 12.00-dan saat 15.00-a dək davam edəcək.

“Gəncsən? Başla!” tələbə və gənclərin şəxsi inkişaf kitabı oxucular və xüsusən də tələbə-gənclər arasında populyarlıq qazanıb.

Son xəbərlər

Orphus sistemi