Gənclərin və tələbələrin şəxsi inkişafına dəstək olacaq “Gəncsən? Başla!” kitabı çapdan çıxıb

Gənclərin və tələbələrin şəxsi inkişafına dəstək olacaq “Gəncsən? Başla!” kitabı çapdan çıxıb Kitab tələbə və gənclərin şəxsi inkişafına və sağlam karyera quruculuğuna dəstək məqsədi ilə yazılıb
Elm və təhsil
9 Oktyabr , 2017 13:56
Gənclərin və tələbələrin şəxsi inkişafına dəstək olacaq “Gəncsən? Başla!” kitabı çapdan çıxıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Universiteti və “ASAN Könüllüləri Təşkilatı gənclərin şəxsi inkişafı məqsədi ilə yeni layihələrə start verib.

“Report”un məlumatına görə, Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə, gənclər və tələbələrin şəxsi inkişafı məqsədi ilə dr., dosent Nadir Adilovun müəllif olduğu “Gəncsən? Başla!” kitabı 1 500 tirajla nəşr edilib.

Kitab tələbə və gənclərin şəxsi inkişafına və sağlam karyera quruculuğuna dəstək məqsədi ilə yazılıb.

Kitabın ön sözünün müəllifləri millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri dr. Fuad Muradov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevadır. Nəşrin elmi rəyçisi Azərbaycan Universitetinin Sosial iş fakultəsinin dekanı Aygün Musayeva, redaktoru isə AMEA-nın doktorantı Elvin Paşayevdir.

Bu kitabda müəllif tərəfindən, tələbə və gənclərin planlı şəkildə inkişafı üçün praktiki məsləhətlər verilir. Şəxsi inkişafda tələbə və gənclərin planalaşdırma, xaricdə təhsil, özünə inam, beynəlxalq sertifikasiya proqramları, uğurlu CV, maliyyə savadlılığı, könüllü olmaq, milli və beynəlxalq tədbirlərdə iştirak, iş həyatı, uğurlu gələcək, asudə vaxtın səmərəli keçirilməsi, peşəkar çevrə, uğurlu vərdişlər, aktiv fəaliyyət, sosial işlərdə iştirakın şəxsi inkişafda rolunu göstərir. Yekun olaraq, kitab tələbələrə uğurlu bir məzun olmağın yollarını praktiki şəkildə izah edir. 

Son xəbərlər

Orphus sistemi