Yuxarı

​Gənclərin İlk Avropa Oyunlarına yaradıcı dəstək festivalı keçirilib

Layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayıb

Bakı. 30 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi "Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək" layihəsi çərçivəsində Mingəçevir şəhərində festival keçirib. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən bildirilib.

Açıq havada təşkil olunan festivalda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, Azərbaycanın ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verib. Festivalda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilib, gənclər arasında viktorinalar keçirilib. Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də festivala qoşularaq, dəstək veriblər.

Çıxış edən qonaqlar bildiriblər ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. 

Qeyd edək ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi