​Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

​Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Vətəndaş cəmiyyəti institutları üçün təlim proqramları hazırlanacaq
Elm və təhsil
5 Noyabr , 2015 14:59
​Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib. Anlaşmanın məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində elm, tədris və təcrübənin uzlaşdırılmasını təmin etməkdir.

Memoranduma uyğun olaraq hər iki qurum Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün təlim proqramlarının hazırlanması, qeyri-kommersiya qurumları üçün kadr potensialının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq edəcəklər.

Son xəbərlər

Orphus sistemi