Yuxarı
    Bağlamaq

    Gənclər üçün Təhsil Mərkəzi “Qızlar Seminariyası” proqramına start verib

    Xanımların idarəetmə bacarıqlarına yiyələnməsi üçün iki ay müddətində təlimlər keçiriləcək

    Bakı. 7 avqust. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə vətəndaş cəmiyyətində qızların iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğinə hesablanmış “Qızlar Seminariyası" proqramının ilkin görüşü həyata keçirilib.

    Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin baş katibi Gülnar Xəlilova bildirib ki, maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Zeynalabdin Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olub: "Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edərək Cümhuriyyət fəallarından olublar. Məhz Mərkəzimizin bu layihəni həyata keçirməkdə əsas məqsədi bu tarixi ənənələrə sahib duraraq Azərbaycan qadınının elmə-təhsilə vaqif olmasını nümunə kimi göstərməkdir".

    “Qızlar Seminariyası”nın “Təhsilli qadın” mövzusunda ilk seminarı Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, "İntellekt times" qəzetinin təsisçisi və baş redaktoru Bənövşə Məmmədova tərəfindən keçirilib.

    Qeyd edək ki, iki ay davam edəcək layihədə dövlət və özəl sektorda çalışmaq istəyən xanımların idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərin keçirilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi