Gənclər üçün Təhsil Mərkəzi “Multikultural marafon” kampaniyasına start verib

Gənclər üçün Təhsil Mərkəzi “Multikultural marafon” kampaniyasına start verib Konfrans “Multikulturalizm ili”nə dəstək xarakteri daşıyır
Elm və təhsil
12 Oktyabr , 2016 20:31
Gənclər üçün Təhsil Mərkəzi “Multikultural marafon” kampaniyasına start verib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Multikulturalizm ili” çərçivəsində Quba şəhərində “Multikultural marafon” adlı kampaniyanın ilk görüşünü həyata keçirib.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik kimi dəyərləri təşkil edir və bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Sözügedən konfrans region gəncləri adından ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verir, həmçinin 2016-cı il Azərbaycanda “Multikulturalizm ili”nə dəstək xarakteri daşıyır.

Konfransda həmçinin Azərbaycan Dövlət Pedoqoji Universiteti Quba filialının direktoru, professor Əli Allahverdiyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, dağ yəhudiləri icması, rus icmasının nümayəndələri çıxış edərək multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın multikulturalizm mədəniyyətlərinin və sivilizasiyaların dialoqunun mərkəzinə çevrildiyini qeyd ediblər.

Xatırladaq ki, konfrans Gənclər üçün Təhsil Mərkəzinin “Multikultural marafon” kampaniyası çərçivəsində həyata keçirəcəyi tədbirlər planının ilk tədbiridir və yaxın vaxtlarda digər şimal regionlarında da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi