​Gənclər təşkilatının Qazaxıstanda təqdimatı keçirilib

​Gənclər təşkilatının Qazaxıstanda təqdimatı keçirilib Astana şəhərində ekspertlər üçün beynəlxalq təlim kursu olub
Elm və təhsil
5 Avqust , 2015 12:48
​Gənclər təşkilatının Qazaxıstanda təqdimatı keçirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Qazaxıstanın Astana şəhərində "Gənclərin Resurs Mərkəzləri"ndə çalışan ekspertlər üçün beynəlxalq təlim kursu keçirilib. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzinin (GTM) mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstanda beynəlxalq tədbirdə Azərbaycanı GTM-in nümayəndəsi Nərgiz Qurbani təmsil edib.

Tədbirdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilib, fikir mübadilələri aparılıb. Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi, həmçinin ölkədə müxtəlif illərdə qəbul edilmiş "Gənclər üçün Dövlət Proqramlarının" vacibliyini vurğulayıb, çalışdığı mərkəzin keçirdiyi layihələrin təqdimatını edib.

Təlim çərçivəsində Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti haqqında iştirakçılara məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan haqqında videoçarx, mədəni irsimizi əks etdirən slaydlar və milli mətbəximizin nümunələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi