Gənclər üçün Təhsil Mərkəzi "Biznes Planlama Xidməti"nin ilk təlimlərinə başlayıb

Gənclər üçün Təhsil Mərkəzi "Biznes Planlama Xidməti"nin ilk təlimlərinə başlayıb Təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq
Elm və təhsil
21 İyul , 2015 13:55
Gənclər üçün Təhsil Mərkəzi Biznes Planlama Xidmətinin ilk təlimlərinə başlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba Regional Ofisi Şimal regionunda "Biznes Planlama Xidməti"nin ilk təlimlərinə başlayıb. GTM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Biznes Planlama Xidməti"nin təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, biznesin idarəetməsi, marketinq, əməyin mühafizəsi və s. mövzular tədris olunacaq.

Bu gündən başlayan ilk təlimin mövzusu "Marketinq və onun həyata keçirilməsinin innovativ metodikası" olub, nəzəri biliklərin gənclər tərəfindən daha yaxşı qavranılması üçün "tətbiq edərək öyrənmək" texnikalarından istifadə edilib. Qrup məşğələləri formatında davam edən təlim Ankara Universitetinin məzunu, "Sportsman" jurnalının marketinq meneceri Nuray Acalova tərəfindən keçirilib.

Növbəti təlimləri regionun aparıcı sahibkarları və peşəkar ekspertlərin keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, gənclərin məşğulluq imkanlarının artırılmasına hesablanan bu təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi