Gəncədə “Mənim Prezidentim” bilik müsabiqəsi layihəsinə yekun vurulub

Gəncədə “Mənim Prezidentim” bilik müsabiqəsi layihəsinə yekun vurulub Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan layihədə 1500-dən çox orta məktəb şagirdi iştirak edib
Elm və təhsil
21 Dekabr , 2014 21:28
Gəncədə “Mənim Prezidentim” bilik müsabiqəsi layihəsinə yekun vurulub
Bakı. 21 dekabr. REPORT.AZ/ Dekabrın 21-də Gəncədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş “Mənim Prezidentim” bilik müsabiqəsi layihəsinin bağlanış mərasimi keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının, Gəncə Şəhər Təhsil İdarəsinin, Azərbaycan Texnologiya Universitetinin və Turan İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan layihədə 1500-dən çox orta məktəb şagirdi iştirak edib.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, mərasimi açan Turan İnkişaf Mərkəzinin direktoru Teymur Əliyev layihə haqqında geniş məlumat verib. Bildirib ki, bu layihə artıq neçə illərdir ki, Gəncə şəhərində reallaşır. Sevindirici haldır ki, bu ilki layihəmizdə rekord sayda- 1500 nəfərdən artıq şagird iştirak edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov, Azərbaycan Texnologiya Universitetinin prorektoru Rövşən Əliyev, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov və digər çıxış edənlər şagirdlərin intellektual inkişafı baxımından “Mənim Prezidentim” bilik müsabiqəsi layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib və müsabiqədə uğur qazanan şagirdləri təbrik ediblər.

Sonda müsabiqədə qalib gələn yüzə yaxın şagirdə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi