Yuxarı
    Bağlamaq

    ​Gəncədə iki yeni tələbə yataqxanası tikilir

    Yataqxanalardan biri sentyabr-oktyabr aylarında, digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcək

    Bakı. 17 iyul. REPORT.AZ/ Gəncə şəhərində Dövlət Aqrar Universitetinin müasir tələblərə cavab verən iki yataqxana kompleksi tikilir. Universitetdən "Report"a daxil olan xəbərə görə, hər yataqxanada 630 nəfər (ümumilikdə 1 260 nəfər) tələbənin yerləşdirilməsi nəzərdə tutulur. Otaqların hamısı 2 nəfərlikdir. 

    Yataqxanalardan biri 2015-ci ilin sentyabr-oktyabr aylarında, digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcək.

    Qeyd olunur ki, hər iki yataqxana eyni layihə əsasında tikilir və bu yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişətləri ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi