Gəncədə İlk Avropa Oyunlarına yaradıcı dəstək festivalı keçirilib

Gəncədə İlk Avropa Oyunlarına yaradıcı dəstək festivalı keçirilib Festivalın sonunda iştirakçılara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib
Elm və təhsil
1 May , 2015 18:47
Gəncədə İlk Avropa Oyunlarına yaradıcı dəstək festivalı keçirilib

Bakı. 1 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi "Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək" layihə çərçivəsində Gəncə şəhərində möhtəşəm festival keçirib. GTM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festivalda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verib.

Festivalda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilib, gənclər arasında viktorinalar keçirilibr.

Çıxış edən qonaqlar festivalın əhəmiyyətini vurğulayaraq, idmanın inkişafı istiqamətində dövlətin həyata keçirdiyi siyasətin bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələndiyini bildiriblər. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkənin üstünlük verməsini təmin edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar veriləndə Azərbaycan öz üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verib. Bütün bunlar əsas verir ki, Azərbaycan belə möhtəşəm tədbirlərə ev sahibliyi edirsə, onun gəncləri də səfərbər olaraq, dövlətin yanında olmalı və hərtərəfli dəstəyini əsirgəməməlidir. Buna görə də, Gənclər üçün Təhsil Mərkəzi daha çox region gəncinin iştirakı ilə ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına dəstək nümayiş etdirir və bütün diqqəti bu nüfuzlu tədbirə yönəldir.

Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də Festivala qoşularaq, dəstəklərini əsirgəməyiblər.

Festivalın sonunda iştirakçılara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Son xəbərlər

Orphus sistemi