Gəncədə “Graffitti Festival” təşkil olunub

Gəncədə “Graffitti Festival” təşkil olunub Məktəblilər qabiliyyətlərini sərgiləyiblər
Elm və təhsil
1 İyul , 2016 20:37
Gəncədə “Graffitti Festival” təşkil olunub

Bakı. 1 iyul. REPORT.AZ/ “Gəncə 2016-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində ilk dəfə olaraq “Graffitti Festival” keçirilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir nazirliyin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Gənclər rəsm qabiliyyətlərini nümayiş etdirib, “street art” həvəskarları beton lövhələr üzərində sprey rəngləyicilərlə rəsmlər çəkiblər. Tələbə və məktəblilər Gəncə şəhərinə aid rəmzləri rəsmlərlə göstəriblər.

Festivalın keçirilməsinin əsas məqsədi məktəbli və gənclərin asudə vaxtlarının səmərəli təşkili, graffiti sənəti haqqında onları məlumatlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi