Yuxarı

Gəncədə gənclərarası bilik olimpiadası keçirilib

Olimpiadanın qalibləri kubok, sertifikat və hədiyyələrlə mükafatlandırılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Bilik qiymətləndirilir” gənclərarası bilik olimpiadası keçirilib. "Report" xəbər verir ki, layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılması olub. Elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin etmək müəyyən olunub. Əvvəlcə olimpiadada iştirak edəcək komandaların qeydiyyatı aparılıb. Sonra layihə rəhbəri Tahir Kərimli layihə haqqında iştirakçılara qısa məlumat verib. Turqut Şabanoğlu isə olimpiadanın formatından söz açıb. Layihənin açılış mərasimində iştirak edən qonaqlar – Azərbaycan Dövlət Aqrar Universitetinin rektor köməkçisi Turan Məmmədzadə, Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nümayəndəsi, Gəncə Dövlət Universitetinin müəllimi Ümid İsmayılov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini qeyd ediblər. Olimpiadada əvvəlcə komandalar arasında seçim turu olub. Sonra isə final mərhələsi keçirilib. Olimpiadada Azərbaycan Texnologiya Universitetinin “Genius” komandası qalib gəlib. Olimpiadanın qalibləri kubok, sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Layihədə iştirak edən hər bir gəncə sertifikat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi