Gəncədə Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransı keçiriləcək

Gəncədə Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransı keçiriləcək Beynəlxalq tədbirin açılış və bağlanış mərasimlərinin Gəncədə yerləşən Heydər Əliyev Mərkəzində keçirilməsi qərara alınıb
Elm və təhsil
4 Sentyabr , 2015 20:03
Gəncədə Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransı keçiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu il oktyabrın 12-15-də Gəncədə keçirilməsi nəzərdə tutulan Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransına hazırlıq işləri çərçivəsində Təşkilat Komitəsinin ilk iclası keçirilib. Bu barədə "Report"a AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov məlumat verib. 

O bildirib ki, Təşkilat Komitəsinin üzvləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə də görüşüblər və konfransın açılış və bağlanış mərasimlərinin Gəncədə yerləşən Heydər Əliyev Mərkəzində keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, Dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransı AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə Türkiyənin Atatürk Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Simpoziuma yüzdən çox alim qatılacaq. 

Son xəbərlər

Orphus sistemi