Gəncə şəhərində küçə adlarının yenilənməsi prosesi başlayıb

Gəncə şəhərində küçə adlarının yenilənməsi prosesi başlayıb Əsas məqsəd küçə adlarının yazılışında orfoqrafik qaydalara riayət edilib-edilməməsinə nəzarət etməkdir
Elm və təhsil
5 Fevral , 2015 09:25
Gəncə şəhərində küçə adlarının yenilənməsi prosesi başlayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Gəncə şəhərində küçə adlarının AMEA Dilçilik İnstitutu tərəfindən yeni qaydalara əsasən təyin olunması (yenilənməsi) prosesi başlayıb. Bu barədə "Report"a Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Rasim Heydərov məlumat verib.

Onun sözlərinə görə, bu məsələdə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə Dilçilik İnstitutu əməkdaşlıq edir: "İnstitutun əsas məqsədi küçə adlarının yazılışında orfoqrafik qaydalara riayət edilib-edilməməsinə nəzarət etməkdir. Biz mövcud səhvlərin üzərində işləyirik və düzəlişləri əsaslandırılmış qaydada Mərkəzə geri yollayırıq".

R.Heydərov bildirib ki, bu günlərdə Gəncə şəhərinin giriş ünvanlarının siyahısı ilə bağlı 165 vərəqə yaxın məlumatın monitorinq şöbəsində müzakirəsi keçirilib, nəticədə bəzi əlavə və tövsiyələr verilib: "Siyasi, ictimai və ədəbi sahələrdə məşhur şəxsiyyətlərin soyadları ilə yanaşı, adlarının da tam şəkildə verilməsi, bəzi adların qarşısında titulların verilməsi, adların bəzilərinin dəqiqləşdirilməsi, ədəbi dilin normalarına uyğun olaraq felin keçmiş zamanının "mış" şəkilçisi ilə ifadə edilməsi daha məqsədəuyğun görülüb və tövsiyə olunub".

Son xəbərlər

Orphus sistemi