“Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı” keçirilib.

“Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı” keçirilib. Konfransın məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək olub
Elm və təhsil
30 Aprel , 2016 17:06
“Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı” keçirilib.

Bakı. 30 aprel. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı” keçirilib.

Bu barədə "Report"a AMEA Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən bildirilib.

Konfransın əsas məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemləri təhlil və müzakirə etmək, onların həll yolları üçün təkliflər irəli sürmək və digər məsələləri əhatə edib.

Konfransda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş biblioqrafı, M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Təranə Rüstəmova “Tarixi İpək Yolunun inkişafında Təbriz şəhərinin önəmi” adlı məruzə ilə çıxış edib. Məruzədə İpək Yolunun dünya ticarət tarixində beynəlxalq iqtisadi və siyasi əhəmiyyətindən danışan T.Rüstəmova qədim və orta əsrlərdə Cənubi Azərbaycanda tarixi İpək Yolunun inkişafında digər şəhərlərlə yanaşı Təbriz şəhərinin də xüsusi rolu olduğunu bildirib.
T.Rüstəmova onu da vurğulayıb ki, hazırda TRASEKA proqramı çərçivəsində Avropa ilə Asiya arasında körpü rolu oynayan İpək Yolunun yenidən bərpa edilməsi Azərbaycan üçün yeni inkişaf üfüqləri açır: "İki qitədə yerləşən, ümümulikdə 34-dən çox ölkənin, eyni zamanda Azərbaycan və İran torpaqlarından keçərək onları birləşdirən bu yol həmin dövlətlərin iqtisadi, siyasi və mənədi birliyinin möhkəmləndirilməsinə səbəb olacaqdır". 

O qeyd edib ki, bu baxımdan Təbriz şəhəri də beynəlxalq əhəmiyyətlidir: "Məhz bu yolun yenidən restavrasiyası müasir Təbrizin siyasi, iqtisadi və coğrafi baxımdan önəmli, strateji mövqeyə malik bir şəhər olduğunu bir daha göstərəcək".

Son xəbərlər

Orphus sistemi