Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği 400 manata çatdırılıb

Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği 400 manata çatdırılıb Bakı. 22 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 22-də Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 
Elm və təhsil
22 Fevral , 2018 18:28
Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği 400 manata çatdırılıb

Bakı. 22 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 22-də "Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 300 manat idi.

Son xəbərlər

Orphus sistemi