Gələn ilin yanvar ayında məktəbi bitirməyən IX sinif şagirdləri eksternat qaydada imtahan verəcəklər

Gələn ilin yanvar ayında məktəbi bitirməyən IX sinif şagirdləri eksternat qaydada imtahan verəcəklər Ərizə qəbulu 19-30 dekabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək
Elm və təhsil
13 Dekabr , 2016 14:44
Gələn ilin yanvar ayında məktəbi bitirməyən IX sinif şagirdləri eksternat qaydada imtahan verəcəklər

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək.

Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş “2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumi təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”na əsasən, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) üzrə birinci mərhələsinin keçirilməsi təmin ediləcək.

Bu məqsədlə eksternat qaydada ümumi orta təhsil haqqında sənəd almaq istəyən şəxslərin məlumatlarının fərdi identifikasiya nömrəsi (FİN) əsasında 15 yanvar 2017-ci il tarixinədək “Şagird-məzun” sisteminə daxil edilməsi nəzərdə tutulub.

Ümumi orta təhsil kursu üzrə eksternat qaydada imtahanlarda iştirak etmək üçün 16 yaşı tamam olmuş şəxslərin ərizə qəbulu 19-30 dekabrda hər həftənin I-V günləri saat 9:00-dan 18:00-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

İştirakçılar ərizəyə təhsil aldığı sonuncu məktəbdən arayış, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, eləcə də 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər hərbi biletin və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə etməlidirlər.

Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) eksternat qaydasında imtahanların tarixi haqqında əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi