Gələn il keçiriləcək imtahanları 15 minə yaxın nəzarətçi izləyəcək

Gələn il keçiriləcək imtahanları 15 minə yaxın nəzarətçi izləyəcək Onlar haqqında məlumatların "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminə daxil edilməsi prosesi yekunlaşıb
Elm və təhsil
3 Dekabr , 2015 15:41
Gələn il keçiriləcək imtahanları 15 minə yaxın nəzarətçi izləyəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Gələn il keçiriləcək imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminə daxil edilməsi prosesi yekunlaşıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və ölkənin 2 065 orta təhsil müəssisələrindən 14 375 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1 175 nəfəri test imtahanlarda ilk dəfə iştirak edəcək müəllimlərdir.

Son xəbərlər

Orphus sistemi