Yuxarı

Baharın Azərbaycana gəlişi vaxtı açıqlanıb

Fevralın 24-ü Azərbaycanda ilk çərşənbə, martın 17-si  isə axır çərşənbədir

Bakı. 17 fevral. REPORT.AZ/ Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcək.

“Report”un xəbərinə görə, bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəkdir. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaqdır. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Martın 17-si Azərbaycanda axır çərşənbə, fevralın 24-ü isə ilk çərşənbədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi