Yuxarı
    Bağlamaq

    Fuad Muradov Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

    Dinlə

    Tbilisi. 14 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş ofisində keçirilən görüşdə bu ölkədə yaşayan azərbaycanlıların təhsil məsələləri, gənclərin yerli cəmiyyətə, Avropaya inteqrasiyası, ana dili ilə yanaşı, dövlət dili və xarici dilləri də öyrənmələrinin vacibliyi və s. məsələlər müzakirə olunub.

    F.Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə diqqət və qayğı ilə yanaşır. 

    Sonra tələbələr onları narahat edən, maraqlandıran məsələlər barədə Dövlət Komitəsi sədrinə müraciət ediblər.

    F.Muradov onların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

    Sonda təhsildə fərqlənən 10 nəfər tələbəyə kompüter hədiyyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi