Yuxarı

Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ Fransda təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində baş verib.  

Təyyarənin göyərtəsində 4 nəfər olub. Ölənlərdən biri təyyarənin pilotu, biri isə sərnişindir. Digər sərnişinlərin durumu barədə məlum verilməyib. 

İlkin ehtimala görə, təyyarə havaya qalxdıqdan sonra lazım olan yüksəkliyə qalxa bilməyib və qəzaya uğrayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi