Yuxarı
    Bağlamaq

    Fransalı dövlət xadimləri Bakı Fransız Liseyində olub

    Qonaqlar Bakıda belə bir gözəl və müasir fransız məktəbinin fəaliyyətindən məmnunluqlarını ifadə ediblər

    Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycanda olan 30 nəfərə yaxın fransalı dövlət xadimi ölkəyə səfər çərçivəsində Bakı Fransız Liseyi təhsil kompleksini ziyarət edib. "Report" xəbər verir ki, qonaqlar arasında Fransa Senatının 2 senatoru, Milli Assambleyanın 7 deputatı, 5 şəhər meri və mer müavini olub.

    Qonaqlar liseyin infrastrukturu ilə tanış olub və sinif otaqlarında dərslərin gedişini müşahidə ediblər. Liseyin ibtidai məktəb şagirdləri qonaqlara xatirə olaraq öz əl işlərindən ibarət hədiyyələr təqdim edib, onların qarşısında fransız dilində şeirlər və mahnılar oxuyublar. Lisey şagirdlərinin çıxışları qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 

    Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Bakıya dəvət olunan Fransanın bir qrup yazıçı və naşiri, o cümlədən Michel Assayas, Burgalat Bertrand, Natacha Wolinski, Matthias Debureaux, Blandine Rinkel, Patrick Amsellem, Armand de Saint Sauveur, həmçinin TOTAL-Azərbaycanın baş menecerinin xanımı Jeannine Lemarchalın rəhbərliyi ilə şirkətin bir neçə nümayəndəsi də Bakı Fransız Liseyində olublar. Qonaqlar Liseyin infrastrukturu, tədris prosesi və pedaqoji heyəti ilə tanış olub, uşaqlarla söhbətlər aparıb və Bakıda belə bir gözəl və müasir fransız məktəbinin fəaliyyətindən məmnunluqlarını ifadə ediblər. Onlar Liseyin Xatirə kitabında ürək sözlərini yazıb, kollektivə uğurlar arzulayıb və belə bir təhsil kompleksinin yaradılmasında əməyi keçən hər bir kəsə minnətdarlıqlarını ifadə ediblər.

    Qonaqları Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin prezidenti Elmira Fərəcullayeva və vitse-prezidenti Reyhan Hüseynova müşayiət ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi