Yuxarı

Fransada Azərbaycan arxeologiyasına həsr olunan konfrans keçiriləcək

​Fransada Azərbaycan arxeologiyasına həsr olunan konfrans keçiriləcək

Fransanın Lyon şəhərində "Sivilizasiyaların kəsişməsində: Azərbaycan Neolitdən Dəmir dövrünə qədər: Fransa-Azərbaycan arxeologiyasının onilliyi" adlı konfrans keçiriləcək.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir noyabrın 6-da Lumiere Lyon Universitetində baş tutacaq.

Konfransın təşkilatçıları Azərbaycanda uzun müddət arxeoloji tədqiqatlar aparmış Lumiere Lyon Universitetinin Zamanlar və ərazilər, incəsənət və arxeologiya tarixi şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, qədim Yaxın Şərq arxeologiyası üzrə professor Mişel Kazanova və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) alimi Katrin Morrodur. 

Tədbirdə fransalı alimlər Azərbaycanın zəngin arxeoloji maddi mədəniyyət nümunələri haqqında danışacaqlar.

Qeyd edək ki, hazırda Lyon şəhərində "Jean Pouilloux" adına Şərq və Aralıq dənizi evində "Azərbaycanda arxeoloji tədqiqatlar: Fransa-Azərbaycan əməkdaşlığının onilliyi" adlı sərgi keçirilir. Tədbirdə iki ölkənin arxeoloqlarının Naxçıvan və Lənkəranda apardıqları qazıntılar zaman tapılan əşyalar nümayiş olunub. Sərgi dekabrın 12-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi