Yuxarı

Fransada Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Fransada Araz çayı ilə bağlı beynəlxalq konfrans keçirilib

Mayın 14-15-də Fransanın Lion şəhərində Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Fransa Milli Araşdırmalar Mərkəzi və İran İslam Respublikasının Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı ilə baş tutub. 

“Araz çayı son preistoriya dövründə: körpü, yoxsa sərhəd" mövzusunda keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Naxçıvanla bağlı geniş araşdırmalar aparan arxeoloqlar - dosent Katerine Maro, Savaş Sarıaltun, Nikolas Gailhard və Marie Orange öz məruzələrində Naxçıvantəpədəki arxeoloji qazıntılar, Sirabçay vadisinin abidələri, Duzdağ və obsidianların tədqiqi ilə bağlı məlumat veriblər. 

Konfransdakı məruzələrin tezisləri üz qabığında Naxçıvanın görüntüsü yer alan kitabçada nəşr olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi