Fransanın təhsil işçilərindən ibarət nümayəndə heyəti gələn ay Azərbaycana səfər edəcək

Fransanın təhsil işçilərindən ibarət nümayəndə heyəti gələn ay Azərbaycana səfər edəcək Bu gündən Parisdə "Azərbaycan günü" tədbirlərinə start verilib
Elm və təhsil
27 Fevral , 2015 20:34
Fransanın təhsil işçilərindən ibarət nümayəndə heyəti gələn ay Azərbaycana səfər edəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gündən Parisdə "Azərbaycan günü" tədbirlərinə start verilib. 

Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, əsas məqsəd Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdir.

Açılış mərasimində iştirak edən "Kampus Frans" Agentliyinin direktoru Antuan Qrassən "Azərbaycan günü"nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu mühüm tədbirdə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin iştirak etdiyini və bunun iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkədəki səfiri Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayıblar.

Strasburq Universitetinin prezidenti Alen Beretz ikili proqramlar, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.

Nazir müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, son illər iki ölkə arasında tarixi münasibətlər daha genişlənir.

Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata keçirilən tədbirləri, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradılmasını nəzərə çatdıran F.Qurbanov eyni zamanda azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali məktəblərində də uğurla təhsil aldıqlarını bildirib.

Sonra Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi