Fransa-Azərbaycan Universitetin fəaliyyəti ilə əlaqədar sentyabrda yekun sənəd imzalanacaq

Fransa-Azərbaycan Universitetin fəaliyyəti ilə əlaqədar sentyabrda yekun sənəd imzalanacaq Səfir: "Yeni yaradılmış universitet azərbaycanlı tələbələrə gələcək karyeralarında yardım edəcək"
Elm və təhsil
27 İyul , 2016 15:03
Fransa-Azərbaycan Universitetin fəaliyyəti ilə əlaqədar sentyabrda yekun sənəd imzalanacaq

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində fəaliyyət göstərəcək Fransa-Azərbaycan Universitetin (UFAZ) fəaliyyəti ilə əlaqədar sentyabr ayında yekun sənəd imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə UFAZ-a qəbul olunmaq üçün imtahan vermiş abituriyentlər və onların valideynləri ilə görüşdə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe bildirib.

O, Azərbaycan təhsil naziri Mikayıl Cabbarovun bir neçə həftə əvvəl Fransaya səfər etdiyini və orada Strasburq Universitetinin rektoru ilə görüşdüyünü, yeni universitet fəaliyyətini müzakirə etdiyini xatırladıb.

"Yeni yaradılmış universitet azərbaycanlı tələbələrə texniki təhsil almaq imkanı verəcək və onlara gələcək karyeralarında yardım edəcək. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini həyata keçirir və bizim universitetdə tədris edilən 4 istiqamət bu məqsədə xidmət edir", - deyə səfir bildirib.

O, həmçinin buna qədər Bakıda Fransa liseyini açıldığını, orada həm məktəb yaşlı, həm də məktəbəqədər yaşda olan uşaqların təhsil aldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi