​Fransa-Azərbaycan birgə universitetinin yaradılması planlaşdırılır

​Fransa-Azərbaycan birgə universitetinin yaradılması planlaşdırılır Azərbaycan və Fransa təhsil sahəsindəki əməkdaşlığı gücləndirirlər
Elm və təhsil
29 Yanvar , 2015 14:24
​Fransa-Azərbaycan birgə universitetinin yaradılması planlaşdırılır

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan və Fransa birgə universitetinin yaradılması planlaşdırılır. Bu barədə "Report"a müsahibəsində Fransanın Azərbaycandakı səfiri Paskal Monye bildirib.

Səfir qeyd edib ki, Bakı fransız liseyinin açılması ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edib.

Fransa-Azərbaycan birgə universitetinin yaradılması ölkələrimizin ən qabaqcıl ali təhsil müəssisələrinin əməkdaşlığının daha da sıx olmasına səbəb olacaq, ikili diplomların verilməsi isə bu sahədə növbəti addımlardan biri olacaq.

Mədəniyyət sahəsindəki əlaqələrə toxunan səfir qeyd edib ki, Azərbaycan və Fransa Bakıda və Parisdə incəsənət xadimləri üçün ümumi Mərkəzin yaradılmasını planlaşdırır. Bu isə öz növbəsində, hər iki ölkə sənətçilərinin qarşılıqlı səfərlərini daha da intensivləşdirəcək. 

Son xəbərlər

Orphus sistemi