Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib

Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib Tədbirdə mövzu ilə bağlı video-materiallar nümayiş etdirilib
Elm və təhsil
20 Fevral , 2015 17:20
Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib

Bakı. 20 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dövlət Universitetində (BDU) "Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması" mövzusunda maarifləndirmə tədbiri keçirib. Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Universitetin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev tədbirin əhəmiyyətindən danışıb.

Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev mülki müdafiə fənninin ölkənin 52 universitetində tədris olunduğuna diqqət çəkərək, onun BDU-da yüksək səviyyədə keçirildiyini bildirib. Q.Ağayev belə tədbirlərin müntəzəm keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribov isə Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışıb, fənnin tədrisinin vacibliyini vurğulayıb.

Tədbirdə mövzu ilə bağlı video-materiallar nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi