Yuxarı
    Bağlamaq

    Fizika sahəsində Nobel mükafatçılarının adları açıqlanıb

    Onlar kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər

    Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ alimləri Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq görülüblər.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, onlar kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.

    Bu ideyanı ilk dəfə 1916-cı ildə Albert Eynşteyn irəli sürüb.

    Qeyd edək ki, bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Alimlərinsan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

    Qeyd edək ki, oktyabrın 4-də kimya, oktyabrın 9-da isə iqtisadiyyat sahələrində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi