Firudin Qurbanov: "Təhsil gələcək nəsillərin formalaşmasında böyük rol oynayır"

Firudin Qurbanov: "Təhsil gələcək nəsillərin formalaşmasında böyük rol oynayır" “Azərbaycanda təhsil müəssisələrinin məqsədi təkcə təhsil vermək deyil, həm də dəyərli ailə yetişdirməkdən ibarətdir”.
Elm və təhsil
15 May , 2019 12:27
Firudin Qurbanov: Təhsil gələcək nəsillərin formalaşmasında böyük rol oynayır

“Azərbaycanda təhsil müəssisələrinin məqsədi təkcə təhsil vermək deyil, həm də dəyərli ailə yetişdirməkdən ibarətdir”.

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil gələcək nəsillərin formalaşmasında böyük rol oynayır: “Ona görə də təhsil təlimlə yanaşı, tərbiyə də verməlidir. Gələcəyin ailə başçıları bu gün orta məktəb şagirdləridir. Biz mədəni insanların formalaşmasına çalışmalıyıq. Bunu təkcə təhsil sahəsində deyil, ailələrdə də icra etməliyik”.

F.Qurbanov xatırladıb ki, bu gün Azərbaycan məktəblərində 1 milyon 600 min şagird təhsil alır və onlara 150 min müəllim dərs deyir: “Təbii ki, şagirdlərlə psixoloqların söhbəti, onların təhsildən əlavə maarifləndirilməsi işləri də aparılır”.

Son xəbərlər

Orphus sistemi