Yuxarı
    Bağlamaq

    Fikrət Məmmədov: "Müsabiqələr əsasında ümumilikdə 2600 mütəxəssis nazirliyə qulluğa qəbul edilib"

    Bakı. 22 noyabr. REPORT.AZ/ "Yüksək tələbkarlıqla keçirilmiş müsabiqələr əsasında ümumilikdə 2.600 mütəxəssis nazirliyə qulluğa qəbul edilib".

    “Report” xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

    "Eyni zamanda, ədliyyə orqanlarının sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik işçilərlə möhkəmləndirmək üzrə məqsədyönlü tədbirlər görülür, açıq müsabiqələr əsasında test üsulu ilə şəffaf seçim aparılır. Yüksək tələbkarlıqla keçirilmiş müsabiqələr əsasında ümumilikdə 2.600 mütəxəssis nazirliyə qulluğa qəbul edilib", - deyə o bildirib.

    Nazirin sözlərinə görə, Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq ilk dəfə ədliyyə orqanları işçisi, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin icbari təlimi həyata keçirilir.

    O bildirib ki, ədliyyə xidmətlərin səviyyəsinin yüksəldilərək müasir tələblərə uyğun qurulması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yeni iş metodları, elm və texnikanın müasir nailiyyətləri tətbiq edilir.

    "Hazırda nazirlik tərəfindən 14 informasiya resursu, o cümlədən elektron notariat, əhalinin və qüvvədən düşmüş sənədlərin, habelə hüquqi aktların dövlət reyestrləri, elektron məhkəmə, elektron icra və digər informasiya sistemləri yaradılmışdır. Həmin resurslar müxtəlif dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya olunaraq hər gün on minlərlə sənəd üzrə məlumat mübadiləsi keçirilir. Eyni zamanda, nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə 31 növ elektron xidmət göstərilir, bu xidmətlərdən istifadələrin sayı 11 milyonu ötüb", - deyə F.Məmmədov əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi