Yuxarı

​FHN Akademiyasında Multikulturalizmə giriş fənni üzrə bakalavr pilləsində 100 kursant təhsil alacaq

Akademiyada Azərbaycan multikulturalizmi fənni üzrə isə 3 kursant təhsil alacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı Beynəxalq Multikulturalizm Mərkəzi tərəfindən (BBMM) Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan multikulturalizmi fənninin tədrisi vəziyyətinin öyrənilməsi ilə bağlı monitorinq keçirilib.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Monitorinqi BBMM-nin əməkdaşı Vidadi Rzayev aparıb.

Vidadi Rzayev ilk öncə Azərbaycan multikulturalizmi və Multikulturalizmə giriş fənlərinin tədris oldunduğu Humanitar fənlər kafedrasının müdiri, professor Bahar Cəfərova, fənni tədris edən Rəsul Əliyevlə görüşüb və dərs prosesi ilə tanış olub.

Monitorinq zamanı BBMM-nin əməkdaşı akademiya rəhbərliyinin keçirilən 65 nəfər müəllimin və kursantların iştirak etdiyi açıq dərsdə Azərbaycan multikulturalizminin özünəməxsusluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ötən dövr ərzində fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd edək ki, 2015-2016-cı ilin tədris ilində Akademiyada Multikulturalizmə giriş fənni üzrə bakalavr pilləsində 100 kursant, Azərbaycan multikulturalizmi fənni üzrə isə 3 kursant təhsil alacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi