Yuxarı

Fəxrəddin Qədirov: “Kosmik sənaye üçün kadrların hazırlanması işində fəal olmalıyıq”

Xaricdəki kosmik istiqamətdə kadr hazırlayan universitetlərlə əlaqələri gücləndirməliyik

Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycanda kosmik sənaye üçün kadrların hazırlanması işində fəal olmalıyıq. Bunun üçün də kosmik texnika və texnologiya ixtisası üzrə bakalavr və magistrların hazırlanmasına başlanılmalıdır”. “Report” xəbər verir ki, bunu AMEA Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov akademiyanın Rəyasət Heyətinin geniş iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin ixtisaslar üzrə kadr hazırlığı Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsində, Lomonosov adına Moskva Dövlət Universitetində və AMEA-nın magistratura mərhələsində də aparıla bilər: “Bundan başqa, xarici ölkələrdə olan texnologiyaları daha yaxşı mənimsəməmiz üçün mütləq xaricdəki kosmik istiqamətdə kadr hazırlayan universitetlərlə əlaqələri gücləndirməliyik. Həmin dövlətlər sırasında Rusiya, Qazaxıstan, İtaliya və Fransanı misal çəkmək olar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi