Yuxarı
    Bağlamaq

    “Fəsillərin hikməti və ahəngi Payız” adlı sərgi-tamaşa müsabiqəsi keçirilib

    Müsabiqə çərçivəsində yer tutan iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub

    Bakı. 25 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi, Milli Təhsil Texnologiyaları Mərkəzi (MTTM) İctimai Birliyi (İB), “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İB və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə həyata keçirdiyi “Sağlam Təhsil” uşaq teatr layihəsi çərçivəsində “Fəsillərin hikməti və ahəngi Payız” adlı sərgi-tamaşa müsabiqəsi keçirilib.

    “Report” xəbər verir ki, müsabiqə “Pətək” İB-nin ofisində baş tutub. Tədbirdə Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının, eləcə də TİKA-nın, Bakı şəhər Təhsil İdarəsinin nümayəndələri və məktəb direktorları iştirak ediblər.

    Müsabiqə MTTM İB-nin “Sağlam Təhsil” sinifləri arasında aparılıb.

    “Pətək” İB-nin sədri Sevinc Əsgərova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlara milli-mənəvi dəyərləri aşılamaq, ətraf aləm barədə təfəkkürü, yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirmək, sosiallaşma prosesi zamanı liderlik xüsusiyyətlərini, kollektivdaxili münasibətləri, sağlam rəqabət aparmaq bacarıqlarını ön plana çıxarmaq, sərgi üçün əl işlərinin ailə üzvlərilə birlikdə hazırlanması vasitəsilə valideyn-uşaq münasibətlərini daha da mehribanlaşdırmaqdır: “Sağlam Təhsil” uşaq teatrı davamlı layihədir və belə yarışmalar uşaqların hərtərəfli şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rol oynayır”.

    Tədbirdə həmçinin Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova, TİKA-nın coordinator müavini Muhammed Əli bəy, Psixoloji blokun rəhbəri Aynur Bünyatova və başqaları çıxış edib.

    Tədbir çərçivəsində şagirdlərin iştirakı ilə tamaşa oynanılıb. Sonda isə müsabiqə çərçivəsində yer tutan iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

    Foto: Elşən Baba

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi