Yuxarı

​Fələstin səfiri ADU-da tələbələrə mühazirə oxuyub

O, Azərbaycan və Fələstin arasında bir sıra oxşarlıqların olduğunu deyib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əbdül Nəsir Kərim universitetin tələbələri ilə görüşüb.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə baş tutan görüşdə səfir “Fələstin problemi və Yaxın Şərqdə sülhün perspektivləri” mövzusunda mühazirə ilə çıxış edib.

Səfir mühazirəsində Azərbaycan və Fələstin arasındakı qarşılıqlı əlaqələrə toxunaraq ölkələrarası münasibətlərdə gedən inkişafdan söz açıb, əlaqələrin qədim tarixə malik olduğunu söyləyib. Fələstinin hələ də işğal altında olduğunu bildirən səfir Ə.N.Kərim Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Azərbaycanda Fələstin səfirliyinin fəaliyyətə başladığını xatırladıb. O, Azərbaycan və Fələstin arasında bir sıra oxşarlıqların olduğunu deyib. Fələstinin işğalının müasir bəşər tarixinin ən uzun işğalı hesab olunduğunu qeyd edən səfir bu işğalın tarixi, problemlərin başlanma səbəbi, tarixi vaxtlar və insanların işğal altında həyat tərzləri haqqında danışıb.

Sonda Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin sualları cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi