TQDK əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumatları açıqlayıb

TQDK əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumatları açıqlayıb III qrupda 600-dən yuxarı bal toplayanların sayı 10 nəfər olub
Elm və təhsil
29 May , 2015 16:55
TQDK əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumatları açıqlayıb

Bakı. 29 may. REPORT.AZ/ TQDK əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumatları açıqlayıb. 

TQDK-dan "Report"a bildirilib ki, imtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində istifadə olunan tədris proqramlarına və dərsliklərə tamamilə uyğun olub. İmtahandan əvvəl qapalı rejimdə, imtahan başa çatdıqdan sonra isə müstəqil ekspertiza bunu bir daha təsdiq etmiş, suallarda hər hansı elmi, texniki xəta olmayıb.

I ixtisas qrupu üzrə imtahanda 11 874 abituriyent iştirak edib, onlardan cəmi 963 nəfəri (8,11 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 10 911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91,89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və maksimal nəticə 647 baldır.

II ixtisas qrupu üzrə imtahanda 7 224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1 117 nəfəri (15,46 faizi) 200 və daha yüksək bal toplayıb, 6 107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84,54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.

III ixtisas qrupu üzrə imtahanda 7 812 nəfər iştirak edib. İştirakçıların 1 934 nəfəri (24,76 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 5 878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75,24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.

IV ixtisas qrupu üzrə imtahanda 2 094 nəfər iştirak edib, onların cəmi 235 nəfəri (11,22 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 1 859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88,78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Qeyd edək ki, ilkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar.

Son xəbərlər

Orphus sistemi