Evdə təhsilə cəlb olunanların valideynlərinə ayda 20 manat müavinət ödəniləcək

Evdə təhsilə cəlb olunanların valideynlərinə ayda 20 manat müavinət ödəniləcək Müavinətlər fevral ayından hesablanacaq və onların ödənilməsi yerli təhsil qurumları tərəfindən həyata keçiriləcək
Elm və təhsil
15 May , 2015 18:43
Evdə təhsilə cəlb olunanların valideynlərinə ayda 20 manat müavinət ödəniləcək

Bakı. 15 may. REPORT.AZ/ Ümumtəhsil məktəblərində evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə, eyni zamanda, tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat müavinət ödəniləcək. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin 2015-ci il 15 aprel tarixli 108 nömrəli qərarına uyğun olaraq, müavinətlər fevral ayından hesablanacaq və onların ödənilməsi yerli təhsil qurumları tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi