"Əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib

"Əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib Bakı. 13 sentyabr. REPORT.AZ/ Orfoqrafiya Komissiyasının bugünkü iclasında əsgər sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib.
Elm və təhsil
13 Sentyabr , 2018 17:59
Əsgər sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib
Report

Bakı. 13 sentyabr. REPORT.AZ/ Orfoqrafiya Komissiyasının bugünkü iclasında "əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib.

"Report"un məlumatına görə, iclasda Orfoqrafiya Komissiyasının üzvləri qərar verib ki, ictimai rəy nəzərə alınaraq söz əvvəl olduğu kimi yazılsın.

Qeyd edək ki, bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək "k" hərfi ilə yazılması məqsədəuyğun sayılırdı (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklif olunurdu.

Son xəbərlər

Orphus sistemi