Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov: "İnanırıq ki, ermənilərin törətdikləri vəhşilik cavabsız qalmayacaq"

    Azərbaycan hansı yolla olursa-olsun, gec-tez öz torpaqlarını geri qaytaracaq

    Bakı. 24 fevral. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında çıxış edən spiker Oqtay Əsədov Xocalı soyqırımının növbəti ildönümündən danışıb.

    “Report” xəbər verir ki, spiker Azərbaycan xalqının iki gündən sonra Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edəcəyini xatırladıb.

    Onun sözlərinə görə, bu soyqırımdan əvvəl də Dağlıq Qarabağda dinc əhali amansızcasına qətlə yetirilib: “Ona görə də Xocalı soyqrımı öz miqyasına görə digər cinayətlərdən ən dəhşətlisi hesab edilir. Bu səbəbdən də Azərbaycan xalqı həmin günü soyqırım adlandırır. Milli Məclisin müvafiq qərarı ilə də hər il 26 fevral, məhz Xocalı soyqırımı günü kimi qeyd olunur”.

    O, həmçinin qeyd edib ki, bu günlərdə Milli Məclisin 20-dən çox deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak ediblər: “İnanırıq ki, ermənilərin törətdikləri bu vəhşilik cavabsız qalmayacaq. Azərbaycan hansı yolla olursa-olsun, gec-tez öz torpaqlarını geri qaytaracaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi