BANM-in Prezident təqaüdçüsü: "Ən böyük arzum ixtisasıma yaxşı yiyələnmək və ingilis dilini yaxşı öyrənməkdir"

BANM-in Prezident təqaüdçüsü: "Ən böyük arzum ixtisasıma yaxşı yiyələnmək və ingilis dilini yaxşı öyrənməkdir" "İnanıram ki, gələcəkdə bu ixtisas sahiblərinə indikindən daha cox ehtiyac və tələbat olacaq"
Elm və təhsil
6 Dekabr , 2016 13:18
BANM-in Prezident təqaüdçüsü: Ən böyük arzum ixtisasıma yaxşı yiyələnmək və ingilis dilini yaxşı öyrənməkdir

Bakı. 6 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsi “BANM-in Prezident təqaüdçülərinə 10 sual” adlı layihə həyata keçirir. Layihənin budəfəki qonağı BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Nigar Əhmədova olub. "Report" həmin müsahibəni təqdim edir.

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

- Mən 1999-cu ildə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuşam. 2005-ci ildə Ləkçıplaq kənd 1 saylı orta məktəbində 1-ci sinfə getmişəm və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. Bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Hazırda I kurs tələbəsiyəm. Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- İmtahana hazırlıq dövründə adətən çox stressli olurdum və imtahana son bir həftə qalmış daha cox həyəcanlı idim. Səbəbini bilməsəm belə, imtahan və ondan əvvəlki gün heç bir həyəcan və stress yox idi. Sadəcə olaraq, fikirləşirdim ki, səhər qəbul imtahanı deyil, adi bir sınaqdır.

- Nə qədər bal topladınız?

- Qəbul imtahanında 690 bal topladım və əslində, bu balı toplamağı arzulayırdım.

- Niyə məhz BANM-i seçdiniz?

- İxtisasım üzrə ən yaxşı təhsil verən ali təhsil müəssisəsi kimi məhz BANM-i gördüyüm üçün buranı seçmək qərarına gəldim.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Ailəmin oxumağımda həm mənəvi, həm də maddi cəhətdən cox böyük əməyi olub. Hər zaman ailəm mənə oxumağımla bağlı dəstək verib.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum ixtisasıma yaxşı yiyələnmək və ingilis dilini yaxşi öyrənməkdir. Əminəm ki, bu arzumu BANM-də gerçəkləşdirə biləcəm.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- İxtisas haqqında onu qeyd etmək istərdim ki, çox çətin, maraqlı və istedad tələb edən sənətdir. İnanıram ki, gələcəkdə bu ixtisas sahiblərinə indikindən daha cox ehtiyac və tələbat olacaq.

- Hobbiniz nədir?

- Maraqli formada olan qələmləri toplamağı və saplardan müxtəlif geyimlər toxumağı xoşlayıram.

- Başqa hansı maraqlarınız var?

- Bədii əsərləri oxumağı və kinoya baxmağı çox xoşlayıram.

- Hansı janrda kitabları oxuyursunuz?

- Əgər kitab maraqlıdırsa, mənim üçün janrın fərqi yoxdur. Ən çox sevdiyim kitab isə Cek Londonun “Martin İden” əsəridir. Bundan başqa, Xalid Huseyninin “Min möhtəşəm günəş”, ”Çərpələng uçuran" əsərlərini çox xoşlayıram.

Son xəbərlər

Orphus sistemi