“Emerson Process Management” şirkətinin nümayəndəsi Bakı Ali Neft Məktəbində olub

“Emerson Process Management” şirkətinin nümayəndəsi Bakı Ali Neft Məktəbində olub Məktəbin seçilən tələbələrinin yay təcrübəsini Türkiyədə, Rusiyada və İsveçrədə keçirilmə şansları var
Elm və təhsil
7 Noyabr , 2014 14:22
“Emerson Process Management” şirkətinin nümayəndəsi Bakı Ali Neft Məktəbində olub

Bakı. 7 noyabr. REPORT.AZ/ “Emerson Process Management” şirkətinin Marketinq və Tətbiqi Texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində (BANM) olub. O, əməkdaşlıq proqramı çərçivəsində Ali məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib.

Bu barədə “Report”a BANM-nin mətbuat xidmətindən bildirilib.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanması Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirib. O qeyd edib ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətlərlə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssisləri BANM-də tədris prosesinə cəlb edilməsidir. Keçirilən tədbirin “Emerson” şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addım olduğunu iştirakçıların diqqətinə çatdıran rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.

“Emerson Process Management” şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-nin rəhbərliyinə təşəkkür edərək bildirib ki, Ali Məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq insanlarıdırlar ki, məhz bu tədris ocağını seçib. T.Heskesi həmçinin qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu baxımdan “Emerson” şirkəti, başqa şirkətlər kimi dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə çəçivəsində də, BANM ilə əməkdaşlıq şirkətin ilk təcrübəsidir.

Daha sonra Trevis Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənayə müəssisələrində rolu və hədəflərin, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarəedilməsi haqqında geniş təqdimatla çıxış etdi.

Təqdimatdan dərhal sonra “Emerson” şirkətinin nümayəndələri tələbələrin suallarını cavablandırıblar. Bundan başqa, BANM-in seçilən tələbələrin yay təcrübəsini Türkiyədə, Rusiyada və İsveçrədə keçirilmə şansları olduğunu iştirakçıların nəzərinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi