"Emerson Process Management"in baş meneceri BANM-də seminar keçib

"Emerson Process Management"in baş meneceri BANM-də seminar keçib Elmar Qasımov: "Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlığı yüksək səviyyədədir"
Elm və təhsil
3 Dekabr , 2015 10:46
Emerson Process Managementin baş meneceri BANM-də seminar keçib

Bakı. 3 dekabr. REPORT.AZ/ "Emerson Process Management" şirkətinin BP üzrə meneceri Raoul Mercer Bakı Ali Neft Məktəbində olub. Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, o, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan I və II kurs tələbələrinə "Upstream project responding to change" (Dəyişikliklərə uyğunlaşdırıla bilən neft-qaz layihələri) mövzusunda seminar keçib.

Seminarda çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlığı yüksək səviyyədədir.

Xarici şirkətin baş meneceri Raoul Mercer isə neftin hasil olma prosesinin avtomatlaşdırılması və müxtəlif layihələrdə avtomatlaşdırmanın geniş tətbiqi mövzusunda təqdimatla çıxış edib. Təqdimatın sonunda Raoul Mercer tələbələrin mövzu ətrafında suallarına cavab verib.

Son xəbərlər

Orphus sistemi