Yuxarı

Əlyazmalar İnstitutuna ərəb dilində 5 min adda kitabın elektron versiyası hədiyyə edilib

Hazırda kitabların elektron bazasının yaradılması prosesi həyata keçirilir

Bakı. 8 iyul. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzi ərəb dilində 5 min adda kitabın elektron versiyasını AMEA-nın Əlyazmalar İnstitutuna hədiyyə edib. İnstitutdan "Report"a verilən xəbərə görə, həmin kitablar islam tarixinə və ərəb ədəbiyyatına dair əsərlər, eləcə də ayrı-ayrı ensiklopediyalar və poeziya toplularıdır.

Həmin əsərlərin siyahısına Əhdəs ət-tərix əl-isləmi-Əbdüssəlam əttərmə, Çingizxan-Sərvət Akaşa, Cəmhərət Əşar əl-arab fil-Cahiliyyə vəl-isləm- Əbu Zeyd Məhəmməd əl-Quraşi, Simar əl-qulub- Əbu Mənsur əs-Səalibi, Əl-əlam-Xeyrəddin Zirikli, Qisas əl-ənbiya – Əbdülhəmid Cövdət əs-Səhar daxildir. 

Təqdim olunan nəşrlər arasında ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın ingilis dilində yazdığı əsərlərinin ərəb dilinə tərcümələri, eləcə də Avropa ədəbiyyatından bir sıra digər tərcümələr də mövcuddur.

Qeyd edək ki, Əlyazmalar İnstitutuna hədiyyə olunan ərəbdilli kitabların hazırda elektron bazasının yaradılması prosesi həyata keçirilir. Yaxın zamanda ərəbdilli kitabların elektron bazası oxucularımızın istifadəsinə təqdim olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi