İcraçı direktor: "Qrant layihələrinə ayrılan vəsaitlər azaldılmayacaq"

İcraçı direktor: "Qrant layihələrinə ayrılan vəsaitlər azaldılmayacaq" "Azərbaycanın tezliklə regionda elm mərkəzinə çevrilməsi üçün ölkə alimləri qarşısında ciddi vəzifə qoyulub"
Elm və təhsil
25 Yanvar , 2016 17:29
İcraçı direktor: Qrant layihələrinə ayrılan vəsaitlər azaldılmayacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ "Azərbaycanın tezliklə regionda elm mərkəzinə çevrilməsi üçün ölkə alimləri qarşısında ciddi vəzifə qoyulub. Bu istiqamətdə ölkədə elmi tədqiqat aparan alim və mütəxəssislər üçün hər cür şərait yaradılmalıdır. Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu da alimlər üçün elmi bazalara olan çıxışların açılmasıdır. Bu işdə də Elmin İnkişafı Fondu öz töhvəsini verməyə çalışır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fondun icraçı direktoru Elçin Babayev deyib.

E.Babayev eyni zamanda bu il ərzində Fondun görəcəyi layihələrdən də söz açıb: "Bu il də ənənəvi olaraq qrant maliyyələşdirilməsini həyata keçirəcəyik. Son zamanlar əsasən kompleks elmi-tədqiqat proqramları üzrə layihələri dəstəkləməyə başlamışıq. Bundan başqa, bu il gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi keçiriləcək. Digər dövlət proqramları çərçivəsində lazım olacaq layihələri də icra etməyə hazırıq".

O əlavə edib ki, ölkədə müşahidə olunan iqtisadi böhrana baxmayaraq, qrant layihələrinə ayrılan vəsaitlərin həcmində heç bir azalma nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi