Yuxarı
    Bağlamaq

    Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb

    AMEA-nın prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin edilib

    Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.

    "Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

    Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev onun müavini təyin olunub.

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Rasim Əliquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, texnika üzrə elmlər doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general leytenant Heydər Piriyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil İdarəsinin rəisi (məsul katib) Əminağa Sadıqov Şuranın üzvləri rəyin ediliblər.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi