Elmar Qasımov SPE-nin prezidenti ilə görüşüb

Elmar Qasımov SPE-nin prezidenti ilə görüşüb Bakı. 6 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi və SPE-nin Rusiya və Xəzər regionu üzrə direktoru Aizhana Jussupbekova ilə görüşüb.
Elm və təhsil
6 Noyabr , 2017 15:11
Elmar Qasımov SPE-nin prezidenti ilə görüşüb
BANM

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi və SPE-nin Rusiya və Xəzər regionu üzrə direktoru Aizhana Jussupbekova ilə görüşüb.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, görüş zamanı Elmar Qasımov SPE-nin builki sammitinin məhz BANM-də keçirilməsindən məmnun qaldığını deyib. 

Rektor SPE-nin neft-qaz sahəsi üzrə mütəxəssislərin yetişdirilməsində əvəzsiz rolunu qeyd edərək BANM-in bu istiqamətdə əməkdaşlığa açıq olduğunu bildirib.

1997-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən SPE qeyri-hökümət təşkilatının bütün dünya üzrə prezidenti Darsi Spedi Ali Məktəbin rektoruna SPE təşkilatına verdiyi önəm və dəstəyə görə təşəkkür edib.

Elmar Qasımov Darsi Spedidən BANM tələbələrinin SPE-nin fəaliyyətindən yararlana biləcək imkanlar haqqında maraqlanıb. 

Tərəflər mövcud və gələcək əməkdaşlığın yeni istiqamətləri üzrə müzakirələr aparıb.

Son xəbərlər

Orphus sistemi