Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb

Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb Səfər zamanı təhsil müəssisələri arasında ikili diplomun verilə bilməsi imkanları müzakirə olunub
Elm və təhsil
19 Oktyabr , 2017 11:39
Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb
BANM

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) olub. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənovun da iştirak etdiyi səfərdə E.Qasımov və ODTU-nin rektoru Mustafa Verşan Kök, prorektorlar Dilək Sanin, Mehmet Zeyrək, Meleha Altunışıq arasında görüş keçirilib. 

Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə tərəflər arasında ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisaslarının əsasında BANM-də eyni adlı ixtisasların açılması haqda razılıq əldə edilib. 

Səfər zamanı həmçinin, təhsil müəssisələri arasında ikili diplomun verilə bilməsi imkanları müzakirə olunub. E.Qasımov bu məqsədlə ODTU-nun rektoru Mustafa V.Kökü yaxın zamanda BANM-ə dəvət edib.

Bildirilib ki, səfər BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsi işlərinin başlanmasına təkan verib. ODTU-nun rəhbərliyi BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək Ali Məktəbə böyük maraqlarının olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi